QR CodeQR Code

Afina qarışdı: On minlərlə yunan Merkelə etiraz üçün küçələrə çıxıb

10 Oct 2012 09:32

IslamTimes - Almaniya baş naziri Anqela Merkelin Yunanıstan səfəri gözlənildiyi kimi hadisəli başladı.


Anqela Merkel 6 saatlıq səfər üçün getdiyi Yunanıstan paytaxtı Afinada baş nazir Antonis Samarasla görüşür. Merkel və Samarasın görüşdüyü binanın qarşısında isə on minlərlə etirazçı nümayiş keçirir.

Yunan polisi isə nümayiş qadağasını dinləməyərək Merkelin səfərinə etiraz edən on minlərlə nümayişçiyə qarşı göz yaşardıcı bomba və bibər qazı istifadə edir. Nümayişçilər isə polisə daş və çubuqlarla cavab verərək barrikadaları aşmağa çalışır. Polisin indiyə qədər onlarla nümayişçini nəzarət altına aldığı bildirildi.

Bu Merkelin üç il əvvəl avrozonadakı böhranın ortaya çıxmasından bəri Yunanıstana ilk səfəridir. /Deyerler/


Story Code: 202398

News Link :
https://www.islamtimes.org/az/news/202398/afina-qarışdı-on-minlərlə-yunan-merkelə-etiraz-üçün-küçələrə-çıxıb

Islam Times
  https://www.islamtimes.org