0
Thursday 11 October 2012 - 14:57

İraq Baş Naziri: NATO Suriya münaqişəsindən kənarda durmalıdır

Story Code : 202793
İraq Baş Naziri: NATO Suriya münaqişəsindən kənarda durmalıdır
İraq Baş Naziri: NATO Suriya münaqişəsindən kənarda durmalıdır
Baş nazir bu açıqlamasını çərşənbə günü Rusiyaya səfəri zamanı edib.

Əl Maliki Ankarını Qərb hərbi birləşmələrini qonşu Suriyadakı münqaşiyə cəlb etməyə çalışmaqda ittiham edərək bildirib ki, NATO Türkiyəni müdafiə etmək bəhanəsi ilə Suriyadakı münaqişəyə müdaxilə etməməlidir.

İraq baş naziri Ankaranın Suriyadan Türk torpaqlarına hücum olunması iddialarını sərt tənqid edərək deyib: “Suriya təyyarələrinin Türkiyə ərazisinə bobma atmaları məsələsi böyük şişirtmədən başqa bir şey deyil.”

O vurğulayaraq deyib: “Müharibəyə təhrik etməyə və NATO kimi təşkilatı Türkiyəni müdafiə adı altında müharibəyə cəlb etməyə ehtiyac yoxdur.”

Maliki həmçinin Ankarının Suriyadakı münaqişəyə qarşı yersiz hərəkətini tənqid edərək deyib: “Hər kəs deyə bilər ki, Türkiyə bu münaqişəyə nisbətdə elə hərək edir ki, sanki Suriya xalqı yerinə bütün problemlərə Türkiyə cavab verəcək.”

O bu açıqlamanı həmçinin NATO baş katibi Andres Foq Rasmussenin Qərb hərbi aliyansının Türkiyəni Suriya müqabilində müdafiə etməyə hazır olduğunu bildirdikdən sonra etmişdir.

Bu arada Türkiyə ordu rəhbəri deyib ki, gələcəkdə yendə hücum olarsa ölkəsi daha da güclü cavab verəcək.
Source : İslamtimes
Comment