0
Friday 12 October 2012 - 19:51

“YAP-la oynamaq olmaz”

Story Code : 203032
“YAP-la oynamaq olmaz”
“YAP-ın görkəmli simalarının mediadakı açıqlamalarının heç birində Gülər Əhmədovaya qarşı böhtan, təhqir yoxdur”. Bunu “Qafqazinfo”ya açıqlamasında YAP İdarə Heyətinin üzvü Kərim Kərimov keçmiş millət vəkili Gülər Əhmədovanın YAP-dan prezidentə şikayət etməsinə münasibət bildirərkən deyib. “Şikayət etməyə onun da haqqı var. Gülər Əhmədova bildirir ki, onun ünvanına təhqirlər deyilib. İdarə Heyətinin üzvləri də bu məsələyə münasibət bildiriblər”.

K. Kərimov bu məsələlərin müxalifətyönlü qəzetlərdə işıqlandırılmasına da sərt reaksiya verib: “Müxalifət isə bilməlidir ki, YAP-la oyun oynamaq olmaz. Bu partiyanın qarşısında heç kim dayana bilməz. Onun 600 yüz min üzvü var. YAP müxalifətin o cür münasibətinə biganə qalmayacaq”.

Qeyd edək ki, Kərim Kərimov bugünki iclasda Gülər Əhmədova məsələsinin müzakirə obyekti olmadığını da qeyd edib.
Comment