QR CodeQR Code

Lavrov: Təyyarədə silah olmayıb!

13 Oct 2012 11:36

"IslamTimes" "PressTV" xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü deyib: "Şübhəsiz ki, Türkiyənin endirdiyi Airbus A320 təyyarəsində silah olmayıb və ola da bilməzdi.


Sərnişin təyyarəsində sadəcə Suriya tərəfindən müraciət əsasında Rusiyadan qanuni şəkildə göndərilmiş avadanlıqlar olub."

Xatırladaq ki, 10 oktyabr tarixində Türkiyəyə məxsus F16 qırıcıları Suriyaya uçan sərnişin təyyarəsini enməyə məcbur etmişdilər. Türkiyə rəsmiləri təyyarədə silah olması ilə bağlı məlumatlandırıldığını iddia edib.

Əhməd Davudoğlu da təyyarəyə uçuş üçün icazə verildiyini, təyyarədə olan bəzi avadanlıqların isə araşdırmalar üçün müsadirə edildiyini deyib."


Story Code: 203141

News Link :
https://www.islamtimes.org/az/news/203141/lavrov-təyyarədə-silah-olmayıb

Islam Times
  https://www.islamtimes.org