0
Saturday 13 October 2012 - 12:16

Gordan Duff: ABŞ İran-İraq-Suriya müttəfiqliyindən narahatdır

Story Code : 203158
Gordan Duff: ABŞ İran-İraq-Suriya müttəfiqliyindən narahatdır
Gordan Duff: ABŞ İran-İraq-Suriya müttəfiqliyindən narahatdır
Islam times.org/az/ - Cümə günü Press TV-yə müsahibə verən Gordon Duff deyib: “ABŞ daxilində belə bir narahatlıq var ki, İran, İraq və Suriya koalisiyası Osmanlıdan sonra regionda Amerikanın xidmətçisi olan İsrail və Türkiyəyə qarşı müqavimət göstərəcəklər.”

O daha sonra qeyd edərək bildirib ki, Türkiyə üzərində qeyri uçuş zonası yaradılmalıdır, çünki onların beynəlxalq konvenisyaları həyata keçirməkdə problemləri var.

Türkiyə keçən həftə ərzində tanklar, raket əleyhinə müdafiə sistemləri və əlavə avadanlıqlar da daxil olmaqla ordunun əsas hissəsini Suriya ilə sərhəddə yerləşdirmişdir.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 9 oktyabrda xəbərdarlıq edərək bildirmişdir ki, Türkiyənin ordu qüvvələri Türkiyə ərazisinə olan hücuma daha da güclü cavab verməyə tərəddüd belə etməyəcək.

Dəməşqin Türkiyə, Səudiyyə Ərəbistan və Qətəri ölkədəki silahlı üsyançılara dəsətk verməkdə ittiham etdiyi bir vaxtda Türkiyə Suriya münasibətləri gərgin olaraq qalır.
Source : İslamtimes
Comment