QR CodeQR Code

Livan müdafiə strategiyasında Hizbullahın qabiliyyətlərindən istifadə edəcək

İslamtimes , 13 Oct 2012 12:36

İslamtimes - Livan prezidenti Mişel Süleyman deyib ki, Hizbullahın İsrailə təyyarə göndərmək bacarıqlarını nəzərə alaraq ölkənin müdafiə strategiyasında partiyanın qabiliyyətlərindən istifadə edilməsinin vacibliyini görürük.


islamtimes.org/az/ - Süleyman cümə günü açıqlama verərək deyib: “Düşmən İsrail ərazisinə pilotsuz təyyarə göndərmək qabiliyyəti bizi müdafiə strategiyasını müqavimət hərəkatının bacarıqlarından istifadə edərək qurmağımıza məcbur edir.”

O əlavə edərk deyib ki, Hizbullahın qabiliyyəti Livanın müdafiəsində və xalqın maraqlarının qorunmasında istifadə edilməlidir.

Süleyman bu açıqlamanı Hizbullah Baş Katibi Seyyid Həsən Nəsrullahın Livan müqavimət hərəkatının İsrail ərazisinə heç bir radara düşmədən pilotsuz təyyarə göndərdiyini təsdiq etdikdən sonra etmişdir.

Kod adı Hüseyn Əyyub olan əməliyyatı nəticəsində Hizbullahın pilotsuz təyyarəsi yüz kilometrdən artıq uçaraq İsrail ərazisinə girmiş və hətta heç bir radara düşmədən Dimona nüvə stansiyası sahəsinə çox yaxınlaşmışdır.

Nəsrullah çıxışında demişdir ki, bu onların qabiliyyətinin yalnız bir hissəsidir.

Süleyman qeyd edərək deyib ki, İsrailin Livan hava məkanını pozması məsələsi Livanın BMT Təhlükəsizlik Şurasına etdiyi daimi şikayətlərin tərkib hissəsi olub.

İsrail hərbi təyyarələri demək olar ki, hər gün Livan hava məkanı sərhədlərini pozur və bunu da müdafiə məqsədi ilə həyata keçirdiyini deyir.


Story Code: 203162

News Link :
https://www.islamtimes.org/az/news/203162/livan-müdafiə-strategiyasında-hizbullahın-qabiliyyətlərindən-istifadə-edəcək

Islam Times
  https://www.islamtimes.org