0
Saturday 13 October 2012 - 16:36

Aksiya və ya nümayiş keçirmək sələfilərin yolu deyil

Story Code : 203218
Aksiya və ya nümayiş keçirmək sələfilərin yolu deyil
Aksiya və ya nümayiş keçirmək sələfilərin yolu deyil
“Əbu Bəkr” məscidinin axundu, sələfilik təriqətinin Azərbaycandakı liderlərindən biri Hacı Qamət Süleymanov “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, sələfilərin heç bir nümayəndəsi aksiyada iştirak etməyib: “Səhv etmirəmsə, aksiya iştirakçılarının kimliyi açıqlandı. Biz ümumiyyətlə, aksiya və nümayişlərin əleyhinəyik. Aksiyanın kökündən əleyhinəyiksə, bizim adamlar aksiyada necə ola bilər? Nə oldu sələfilərin üstünə atırlar”. Qamət Süleymanov qeyd edib ki, hicab dinə və adət-ənənəyə uyğundur, lakin hicabın orta məktəbdə qadağasına qarşı aksiya və ya nümayiş keçirmək sələfilərin yolu deyil".

Qeyd edək ki, bəzi mollalar Maştağalı həbs edilənləri sələfi adlandırmışdılar. Lakin sonradan "İslam Həqiqətləri" qəzetinin jurnalisti Əbülfəz Bünyadov molların bu fikrini təkzib edərək bu dörd nəfərlə ailəvi dost olduğunu və onların sələfi olmadığını önə çəkmişdi.
Source : İslamazeri
Comment