QR CodeQR Code

İran prezidenti Azərbaycana səfər edəcək

İslamtimes , 13 Oct 2012 22:37

Islamtimes - İran Prezidenti Mahmud Əhmədinejad iki beynəlxalq görüşlərdə iştirak etmək üçün Azərbaycan və Kuveytə rəsmi səfər edəcək.


islamtimes.org/az/ - İran prezidenti bazar ertəsi günü İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci sammitində iştirak etmək üçün Tehrandan Azərbaycanın paytaxtı Bakıya gələcək.

İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammiti 2010-cu ilin dekabr ayında Türkiyənin İstanbul şəhərində keçirilmişdir.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılan və üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan dövlətlərarası regional təşkilatdır.

1992-ci ildə yeddi dövlət – Afqanıstan, Azərbaycan, Kazaxıstan, Kırqızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan İqtisadi Əməkdaşlıq Təşkilatına qoşuldular.

İqtisadi Əməkdaşlıq Təşkilatı üzvləri Avropa Birliyinə oxşar məhsul və xidmətlər üçün vahid bazar formalaşdırmaq istəyirlər.

Prezident Əhmədinejad çərşənbə axşamı günü Asiya Əməkdaşlıq Dialoqunun birinci sammitində iştirak etmək üçün Kuveytə yola düşəcək.

İran prezidenti səfər etdiyi ölkələrin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək və çərşənbə günü ölkəsinə geri qayıdacaq.


Story Code: 203298

News Link :
https://www.islamtimes.org/az/news/203298/iran-prezidenti-azərbaycana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org