0
Saturday 13 October 2012 - 22:44

İsrailin təhlükəsizlik sistemi qüsurludur

Story Code : 203300
İsrailin təhlükəsizlik sistemi qüsurludur
İsrailin təhlükəsizlik sistemi qüsurludur
Islam times.org/az/ - Şənbə günü siyasi ekspert olan Hüseyn Şeyxulislam deyib: “Sionist rejim aşkar etdi ki, onun müqavimət hərəkatına qarşı qoruyucu qalxanı yoxdur və o siyasi, təhlükəsizlik və hərbi istiqamətini yeniləməlidir.”

O əlavə edərək deyib ki, İsrail rejimi havadan müdafiə sisteminə milyard dollarla pul xərcləyib və iddia edirdi ki, bu sistem keçilməzdir, ancaq Hizbullah real bir test vasitəsilə sübut etdi ki, bu böyük bir yalandır.

Cümə axşamı günü Hizbullah Baş Katibi Seyyid Həsən Nəsrullah təsdiq edərək bildirmişdir ki, Livan müqavimət hərəkatı İsrail hava məkanına pilotsuz təyyarə göndərmişdir.

Kod adı Hüseyn Əyyub olan əməliyyat nəticəsində Hizbullahın pilotsuz təyyarəsi yüz kilometrlik bir məsafədə İsrail hava məkanına girmiş, hətta İsrail və ABŞ radarları tərəfindən aşkarlanmadan Dimona nüvə sahəsinin çox yaxınlığına getmişdir.

Şeyxulislam deyib ki, pilotsuz təyyarənin İsrail hava məkanına girməsi Tel Əvivin yalan üzərində qurulmuş güc və qüdrətini darmadağın etdi.
Source : İslamtimes
Comment