QR CodeQR Code

AB hesabatı Türkiyədə şok təsiri yaradıb

14 Oct 2012 08:29

IslamTimes - Türkiyə haqqındakı İrəliləmə Hesabatı Brüsselin son illərdə yayımladığı ən sərt və tənqidi hesabat olması baxımından ciddi diqqət çəkdi.


Avropa Birliyi Komissiyasının çərşənbə günü açıqladığı Türkiyə haqqındakı İrəliləmə Hesabatı Brüsselin son illərdə yayımladığı ən sərt və tənqidi hesabat olması baxımından ciddi diqqət çəkdi.

İfadə azadlığının getdikcə daha çox məhdudlaşdırılması, həbsdəki jurnalistlərin sayının artması, etnik azlıqlara qarşı dözümsüzlük kimi bir çox mühüm mövzuda tənqidlərini sıralayan AB Komissiyası bu hesabatla eyni gündə dərc etdiyi Genişləmə Strategiyası sənədində də Türkiyənin tam üzvlük üçün zəruri siyasi meyarlara uyğun gəlmədiyi fikirlərinə yer verilir.

Türk mətbuatına əks olunan xəbərlərə görə, layihə hesabatı görən və məzmunundan heç də məmnun olmayan Türkiyənin AB naziri Egemen Bağış AB-nin genişlənmədən məsul üzvü Stefan Füleni telefonla axtararaq, narazılığını dilə gətirib. /XezerXeber/


Story Code: 203378

News Link :
https://www.islamtimes.org/az/news/203378/ab-hesabatı-türkiyədə-şok-təsiri-yaradıb

Islam Times
  https://www.islamtimes.org