QR CodeQR Code

İslam şüarları ilə gözlərdən pərdə asan "Azad Suriya Ordusu"

14 Oct 2012 10:10

IslamTimes - Azad Suriya Ordusunun tabeçiliyində olan "Ət-Tövhid" terrorçu qruplaşmasının üzvləri "Əməvi came məscidi"nə od vurublar.


"IslamTimes" "ArabPress" xəbər agentliyinə istinadən bildirir ki, Azad Suriya Ordusunun tabeçiliyində olan "Ət-Tövhid" terrorçu qruplaşmasının üzvləri "Əməvi came məscidi"nə od vurublar.

Suriya Təhlükəsizlik Xidmətinə bağlı mənbə deyib: "Ət-Tövhid terror qruplaşmasının üzvləri ötən gün günorta saatlarından sonra məscidi atəşə tutaraq ora hücum etdilər. Elə bu hadisədən sonra məsciddə yanğın baş verdi."

Mənbə tarixi "Əməvi came məscidi" yaxınlığında təhlükəsizlik qüvvələri olmaması səbəbindən terroristlərin bura hücum etdiyini bildirir.

Digər tərəfdən "Ət-Tövhid" terror qruplaşması bəyanat yayaraq iddia edib ki, Suriya ordusu terroristlər məsciddən çıxmazdan öncə ora od vurub.

Nəzərinizə çatdıraq ki, "Əməvi came məscidi" Hələb şəhərinin ən böyük və ən qədim məscididir və UNESCO-nun Dünya İrs siyahısında qeydə alınıb.


Story Code: 203398

News Link :
https://www.islamtimes.org/az/news/203398/islam-şüarları-ilə-gözlərdən-pərdə-asan-azad-suriya-ordusu

Islam Times
  https://www.islamtimes.org