0
Sunday 14 October 2012 - 14:23

Qərb və İsrailin məqsədi Suriyadakı təbii ehtiyatları qarət etməkdir

Story Code : 203485
Qərb və İsrailin məqsədi Suriyadakı təbii ehtiyatları qarət etməkdir
Qərb və İsrailin məqsədi Suriyadakı təbii ehtiyatları qarət etməkdir
Islam times.org/az/ - Vaşinqtondakı Ləyaqət, İnsan Haqqları və Sülh Təşkilatının üzvü olan Randy Short jurnalistlərə müsahibəsində deyib: “Həqiqət bundan ibarətdir ki, Suriya halhazırda yenicə aşkarlanmış geniş təbii qaz yataqlarının üzərində yerləşir və Avropalılar da bunu mənimsəmək istəyirlər.”

O sözünə davam edərək deyib ki, ABŞ-ın regional müttəfiqləri olan İsrail və Qətər də həmçinin Suiryanın bu təbii sərvətlərinə göz dikiblər.

Siyasi şərhçi həmçinin bir faktı qeyd edərək bildirib ki, Suriya müxalifətinın danışıqlardan çox münaqişəyə və zorakılığa üstünlük verməsi göstərir ki, onlar ölkəni terror vasitəsilə idarə edəcəklər.

O izah edərək deyib: “Əgər belə olsa bu zaman Suriya başqa bir Liviya olacaq. Suriyada Şiə cəmiyyətinin İraqda liderliyi əlinə alaraq ölkənin bir çox yerində stabilliyi bərpa etdiyi dövrə kimi olan İraqdakı vəziyyət kimi bir vəziyyət görəcəksən. Müxalifətin stabillik yaratmaq kimi bir arzusu yoxdur.”

Short daha sonra deyib ki, ən yaxşısı bu olardı ki, Rusiyalılar və Çinlilər Suriya münaqişəsi haqqında danışıqlar aparsın və münasib addımlar atsınlar.

O son olaraq deyib ki, cəbhəçi Romneyin prezident olacağını təsəvvür etsək bu zaman yaxşı olardı ki, bu məsələ Amerikada seçkilər başa çatan kimi həll edilsin. Çünki Romney təmamilə Sionistlərin təsiri altındadır və lazım gələrsə üçüncü dünya müharibəsinin olmasına belə razılıq verəcək.
Source : İslamtimes
Comment