QR CodeQR Code

Suriya ordusu İdlibdəki əməliyyat zamanı Səudiyyəli zabiti qətlə yetirib

İslamtimes , 14 Oct 2012 14:27

İslamtimes - Suriya ordusunun əsgərləri İdlib əyalətinin şimali qərb hissəsində üsyançılara qarşı həyata keçirdikləri hərbi əməliyyat nəticəsində bir Səudiyyəli zabiti qətlə yetiriblər.


islamtimes.org/az/ - Ərəb dilli xəbər agentliyi olan Əl-Aləmin verdiyi məlumata görə Muhəmməd Salim əl Hərbi adlı Səudiyyəli zabit Suriya əsgərlərinin Hələb şəhərindən 73 km aralıda yerləşən Marat əl Numan ərazisndə xaricdən dəstək alan və idarə edilən üsyançılara qarşı təmizləmə əməliyyatı apardığı zaman qətlə yetirilmişdir.

Məlumatda daha sonra deyilir ki, döyüşdə həmçinin bir neçə Türk milliyətli xarici döyüşçülər də qətlə yetirilib.

Suriya 2011-ci ilin mart ayından etibarən münaqişə içərisindədir.
Dəməşq ölkədə müvcud olan münaqişə və qətllərə görə məsuliyyəti xaricdən dəstək alan və idarə edilən silahlı üsyançıların daşıdığını deyib. Müxalifət isə bu qətllərin arxasında təhlükəsizlik qüvvələrinin durduğunu deyib.


Story Code: 203486

News Link :
https://www.islamtimes.org/az/news/203486/suriya-ordusu-idlibdəki-əməliyyat-zamanı-səudiyyəli-zabiti-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.org