0
Sunday 14 October 2012 - 17:03

Suriya hərbi hava müdafiə sistemini Livan sərhədinə yerləşdirdi!

Story Code : 203550
Suriya hərbi hava müdafiə sistemini Livan sərhədinə yerləşdirdi!
Əd-Diyar qəzeti: Suriya Livan hava sahəsinin Türkiyə tərəfindən sui-istifadə edilməsinin qarşısını almaq niyyəti ilə Livan sərhədinə öz hərbi hava müdafiə sistemini yerləşdirir.

Livanda çap olunan "Əd-Diyar" qəzeti, Suriyanın Türklər tərəfindən Livan hava sahəsindən sui-istifadə etmələri ehtimalına qarşı qabaqlayıcı tədbir olaraq Livan sərhədləri yaxınlığında öz «Sam» mərmi sistemini yerləşdirdiyini qeyd edib.

Əd-Diyar-ın yazdığına görə, Suriya hökumətinin Livanla ortaq sərhədlərinə yaxın Akkar bölgəsində yerləşdirdiyi «Sam-11» və «Sam-13» raketləri, Türkiyənin "F-16" döyüş təyyarələrini sala biləcək gücə qadirdir.

Suriya daha öncə də özünü Türkiyədən qorumaq üçün, bu ölkə ilə ortaq sərhəd bölgəsində hərbi hava müdafiə sistemlərini yerləşdirmişdi. /ABNA/
Comment