0
Monday 15 October 2012 - 06:50

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi İranda səfərdədir

Story Code : 203682
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi İranda səfərdədir
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfər çərçivəsində Ə. İbrahimi Suriyadakı böhranın həlli məqsədilə İranın xarici işlər naziri Əli Əkbər Salehi və bu ölkənin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bu, Ə. İbrahiminin İrana ilk səfəridir. Bundan əvvəl BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Suriyadakı böhranın aradan qaldırılmasına nail olmaq üçün Səudiyyə Ərəbistanı və Türkiyədə səfərdə olub.

Ə. İbrahimi İran səfərini bitirdikdən sonra İraqa gedəcək.

Xatırladaq ki, daha əvvəl eyni vəzifəni yerinə yetirmiş Kofi Annan isə İrana iki dəfə səfər edib.
Comment