QR CodeQR Code

Polisin adamı tutuldu

15 Oct 2012 07:11

IslamTimes - 2011-ci ilin 7 dekabrından Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (şər atma) təqsirli bilinən və məhkəmədən yayındığına görə barəsində həbs qətimkan tədbiri seçilən Aygün Əliyeva həbs edilib.


2011-ci ilin 7 dekabrından Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (şər atma) təqsirli bilinən və məhkəmədən yayındığına görə barəsində həbs qətimkan tədbiri seçilən Aygün Əliyeva həbs edilib. Bu barədə bizimyolinfo.com-a zərərçəkmişlər xəbər veriblər. O buna qədər də axtarışda olub və 6 il ərzində həbsdən yayınıb.
Qeyd edək ki, Aygün Əliyevanın külli miqdarda dələduzluq əməli törətdiyi iddia edilir. Onun vəzifəli məmurlarla yaxın əlaqələrinin olduğu bildirilir. Zərərçəkmişlər onun polis məmurları tərəfindən himayə olunduğunu deyirlər. Dünən isə Aygün Əliyeva "Bizim Yol" qəzetinin redaksiyasına zəng edərək sensasiyalı açıqlamalar vermişdi.


Story Code: 203683

News Link :
https://www.islamtimes.org/az/news/203683/polisin-adamı-tutuldu

Islam Times
  https://www.islamtimes.org