0
Monday 15 October 2012 - 09:22

"Hizbullah pilotsuzu çəkdiyi filmləri canlı olaraq ötürə bilib"

Story Code : 203693
"Hizbullah pilotsuzu çəkdiyi filmləri canlı olaraq ötürə bilib"
"IslamTimes" "JamejamOnline"-a istinadən xəbər verir ki, İsrailin 2-ci kanalı bildirib: "Araşdırmalar nəticəsində məlum olub ki, ötən həftə İsrail səmasında peyda olan pilotsuz təyyarə İrana məxsusdur."

Sionist rejim kanalı uyğun pilotsuzun xüsusi texnologiyalarla təchiz edildiyini və əməliyyat zamanı çəkilmiş film və fotoların "online" (canlı) şəkildə ötürülməsi qabiliyyətinə malik olduğunu bildirib.

Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullah cümə axşamı günü deyib: "İsrail səmasında peyda olan pilotsuzu biz yollamışdıq. Təyin olunmuş xətt üzrə hərəkət edən bu təyyarə rus yox, İran modeli idi və livanlı mütəxəssislər tərəfindən hazırlanmışdı."

Nəsrullah İsrail rəsmilərini də şoka salan olayı bənzərsiz hadisə adlandıraraq əlavə edib: "Livan rəsmiləri müasir kəşfiyyatçı təyyarəni ölkə daxilindən dənizə doğru yolladı. Yüzlərlə kilometr dəniz üzərində uçuşdan sonra pilotsuz Fələstinin cənubundan işğal olunmuş ərazilərə daxil oldu. Təyyarə İsrail Hərbi Hava Qüvvələri tərəfindən aşkar edilməzdən öncə “Dimona” atom kompleksi də daxil olmaqla bir çox mühüm məntəqələr üzərində uçuş həyata keçirib."
Comment