0
Tuesday 16 October 2012 - 17:58

"Avropa Birliyi dünyanın ən riyakar təşkilatıdır"

Story Code : 204075
"Avropa Birliyi dünyanın ən riyakar təşkilatıdır"
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, ''Avropa Birliyi dünya tarixində ikiüzlülüyü ən çox hiss edilmiş bir təşkilatdır. Bu qurum dünyanın ən riyakar quruluşudur və bu Avropa Birliyi 50 ildir Türkiyəni qapısında gözlədir", - deyib.

Nobel Sülh Mükafatının Avropa Birliyinə verilməsini də tənqid edən Çağlayan, ''Nobel Sülh Mükafatına namizəd göstərilən AB, Gömrük Birliyi müqaviləsi imzalamış və özünə bir çıxış qapısı kimi gördüyü Türkiyəyə, onun investorlarına viza tətbiq edir. Malımızı alırlar, yük maşınlarımıza kvota tətbiq edirlər. Gömrük Birliyi müqaviləsini imzalamış Türkiyəyə bu hörmətsizliyi, bu insanlıqdan kənar cinayət, bu işgəncəni tətbiq edən Avropadır. Amma növbə Braziliyaya, Argentinaya, Paraqvaya, Çernoqoriyaya, Ukraynaya gəldikdə isə bunların heç bir vətəndaşına viza tətbiq edilmir. İndi bu cür cinayəti işlədən, bu cür insan haqlarını pozan, ticarətdə haqsız rəqabət yaradan bir Avropa Birliyinə Nobel Sülh Mükafatı verdiyi üçün mən də Nobel Sülh Mükafatını qınayıram. Bunun adı sülh deyil, bunun adı olsa-olsa ikiüzlülükdür. Sən Avropa Birliyinə ikiüzlülük və ya riyakarlıq mükafatı verə bilərsən. Belə olsa sağ ol deyərik, qəbul edərik'', - deyə danışıb.
Source : XezerXeber
Comment