0
Wednesday 17 October 2012 - 12:07

Rusiya və Çin inqilaba başçılıq edəcək

Story Code : 204247
Rusiya və Çin inqilaba başçılıq edəcək
HSBC analitikləri Karen Uord və Frederik Noyman bankın proqnozları əsasında bildiriblər ki, 2050-ci ilin iqtisadi liderləri Rusiya və Çin olacaq. Onlar bu iki ölkənin tələbat bazarında inqilab edəcəyini düşünürlər. Liderlər siyahısında Hindistan, Filippin, Peru, Malayziya kimi ölkələrin də adı yer alıb. Tələbatçılara qarşıdakı dörd onillikdə planetin 40 faizinin də əlavə ediləcəyi proqnozlaşdırılır. Dünyanın ABŞ da daxil olmaqla hazırda inkişaf etmiş ölkələri yerini dəyişməli olacaq. 2050-ci ildə Çin fəhləsinin orta gəliri 7 dəfə artacaq və 2500 dollardan 18000 dollara qalxacaq. /HaqqYolu/
Comment