0
Thursday 18 October 2012 - 10:05

Yunanıstanda bir günlük ümummilli tətil keçiriləcək

Story Code : 204461
Yunanıstanda bir günlük ümummilli tətil keçiriləcək
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq. Aviasiya dispetçerləri yerli vaxtla saat 10-dan 13-ə qədər tətil keçirəcəklər, ölkədə bərə və dəmir yolu ilə hərəkət tamamilə dayandırılacaq.
Son bir ayda Yunanıstanda sayca bu ikinci ümummilli tətildir.

Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən 31,5 milyard avro həcmində yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.
Comment