QR CodeQR Code

Putin Türkiyəyə meydan oxudu

18 Oct 2012 11:46

IslamTimes - Rusiya prezidenti Vladimir Putin: "Kiminlə silah ticarəti edəcəyimizi heç kim bizə diktə edə bilməz".


Teleqraf-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın xarici ölkələrlə silah ticarəti barədə danışan Putin deyib: "Silah satışına məhdudiyyət qoymaq hüququ yalnız BMT Təhlükəsizlik Şurasının əlindədir. Bundan başqa heç kəs bizə kiminlə və necə silah ticarəti edəcəyimizi diktə edə bilməz. Təkbaşına və ya başqa ölkələrlə birgə qəbul olunan qərarlar BMT Təhlükəsizlik Şurası çərçivəsinə daxil olmadığı təqdirdə onun beynəlxalq hüquqa aidiyyatı yoxdur. Bu çərçivədən çıxanlar nəticələrə dözmək məcburiyyətində qalacaq".

Rusiyanın Suriyaya silah satışına etiraz edən Türkiyə son olaraq oktyabrın 10-da Rusiyanın “Vnukovo” hava limanından qalxan Suriyaya məxsus “Airbus A320” sərnişin təyyarəsini iki türk qırıcısı vasitəsi ilə Ankarada məcburi endirib. Onlar bu addımı təyyarədə silah olması bəhanəsi ilə atıblar.


Story Code: 204486

News Link :
https://www.islamtimes.org/az/news/204486/putin-türkiyəyə-meydan-oxudu

Islam Times
  https://www.islamtimes.org