QR CodeQR Code

ABŞ-da yəhudiləri ilə protestantlar arasındakı ixtilaf dərinləşir

18 Oct 2012 13:01

IslamTimes - İsrail rejiminə verilən Amerika hərbi yardımını araşdıran protestant qurumlarla müzakirələri kəsmək haqqında qərar verilib.


''American Jewish Committee'', ''Jewish Council for Public Affairs'' adlı yəhudi qurumları ilə ''Conservative'' və ''İslahat Judaism'' adlı yəhudi qurumlarının liderləri ABŞ-da təşkil edilən Xristian-Yəhudi Dəyirmi Masa yığıncağının növbəti iclasından iştirak etməmək haqqında qərar verdiklərini açıqladı.

ABŞ-dakı protestantlarla yəhudilər arasındakı ixtilaf protestant kilsələrinin İsrail rejiminə verilən amerikan hərbi yardımlarının ABŞ Konqresində araşdırılmasını tələb etməsindən sonra başlayıb. Aralarında Amerika Yevangelik Lüteran Kilsəsi, Presbiteryan Kilsəsi və Birləşmiş Metodist Yepiskoplar Şurasının da olduğu müxtəlif protestant qurumları İsrail rejimini Fələstin torpaqlarında məşhur insan haqları pozuntuları törətməklə günahlandırır. ''United Synagogue of Conservative Judaism'' adlı qurum isə protestant qurumlar tərəfindən İsrail rejiminə yönəldilən ittihamları ''çirkin və əsassız'' olduğunu iddia edir. /Deyerler/


Story Code: 204516

News Link :
https://www.islamtimes.org/az/news/204516/abş-da-yəhudiləri-ilə-protestantlar-arasındakı-ixtilaf-dərinləşir

Islam Times
  https://www.islamtimes.org