QR CodeQR Code

Qızılını al: Gəncə!

18 Oct 2012 13:05

IslamTimes - Müsavat başqanı İsa Qəmbər icazəsiz aksiyalara görə böyük məbləğdə cərimə təklifini şərh edərkən deyib: “Bu, məntiqsiz və ictimai maraqlara zidd bir təklifdir. Görünür, Moskvanın təsiri altında qərar qəbul edilir”.


O, sözügedən təkliflərlə tanış olmasa da, münasibət bildirib:
“Moskvanın addımlarını yamsılamaqdır. Moskva ilə bağlı başqa məsələni yada salmaq istəyirəm. İmperiya dövründə bizim Gəncəmizi Yelizavetpol adlandıranda, qərar veriblərmiş ki, kim şəhərin adına Gəncə desə, bir qızıl cərimə ödəyəcək. Şəhərin də imkanlı, vətənpərvər insanları ciblərinə bir az qızıl pul qoyub çıxırmışlar küçəyə. Harada qorodovoy, jandarm görürmüşlər, qışqırırlarmış: «Gəncə!». Jandarm gələndəsə bir qızılı verib yollarına davam edirmişlər. Yəni, xalqı bu cür üsullarla dayandırmaq mümkün deyil. Təbii ki, ziyanlı qərardır, yanlışdır, xalqın maraqlarına ziddir. Amma hakimiyyətə fayda gətirməyəcək, çünki prosesin qarşısını bu cür qərarlarla almaq mümkün deyil». (AzadliqRadiosu)


Story Code: 204518

News Link :
https://www.islamtimes.org/az/news/204518/qızılını-al-gəncə

Islam Times
  https://www.islamtimes.org