QR CodeQR Code

“Azərbaycanla İran arasında həll edilməyəcək heç bir problem yoxdur”

19 Oct 2012 09:23

IslamTimes - İran səfiri: “İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri həm ikitərəfli, həm də regional əlaqələr baxımdan konstruktiv keçdi”.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib. Onun sözlərinə görə, Azərbaycanla İran arasında həll edilməyəcək heç bir problem yoxdur: “Təbii ki, bəzi ölkələr bu əlaqələrdən məmnun deyil. Ona görə də iki ölkə arasındakı yaxşı münasibətləri pozmağa çalışırlar. Ancaq İran və Azərbaycan rəsmiləri bu cür təxribatların qarşısını alırlar”.


Story Code: 204754

News Link :
https://www.islamtimes.org/az/news/204754/azərbaycanla-iran-arasında-həll-edilməyəcək-heç-bir-problem-yoxdur

Islam Times
  https://www.islamtimes.org