0
Friday 19 October 2012 - 12:09

Məni səni sevirəm, sən məni sevməsən də

Story Code : 204764
Məni səni sevirəm, sən məni sevməsən də
Məni səni sevirəm, sən məni sevməsən də
Islam times.org/az/ - İranla Azərbaycan sərhəddində - Astara keçid məntəqəsində baş verən hadisə haqqında yəqin məlumatınız var. Əvvəl yerli mətbuat hay küy qaldırdı ki, İran tərəfi vətəndaşlarımızı öz ölkələrinə buraxmır, ora gedənlərin əksəriyyəti əsasən xəstə insanlardır və İslam Respublikasına müalicə olunmaq üçün gedirlər.

Həqiqətən Azərbaycandan İrana gedən azərbaycanlıların 90 faizi müalicə olunmaq məqsədilə gedir, onların heç də hamısı astaralı yox Azərbaycanın digər bölgələrindən və paytaxtından gedənlərdir və faktı kimi bu heç kim üçün sirr deyil. Ancaq oktyabrın 17-də baş verən insidetndən əliyev rejiminə xidmət edən və onlardan başqa özünü müstəqil adlandırıb ancaq ABŞ dolları ilə yaşayan mətbuat bir şou düzəldir ki, ay aman qoymayın iranlılar bizi ölkəsinə buraxmır.

Qanuna, hüquqa qalsa hər bir ölkə istəmədiyi adamları ərazisinə burxmaya bilər, bundan başqa hər gün orta hesabla təxminən 400-500 adam neçə ildir İrana müalicəyə gedir. Haqlı olaraq bir sual ortaya çıxır ki, Azərbaycan analoqu olmayan tərzdə inkişaf edirsə, o cümlədən Prezidentin qırmızı lentlərini kəsdiyi tibb müəssisələri bu qədər müasirdirsə niyə Azərbaycan vətəndaşları müalicə üçün İrana gedir ?

Sualın bir neçə cavabı var : Birincisi iranlı həkimlər yerli həmkarları müqayisədə savadlı, vicdanlı, namuslu adamlardır, onlar xəstənin əlinə, cibinə, varlı və ya kasıb qohumunun vədlərinə yox, onun səhhətinə baxır və pe
ə borcunu yerinə yetirir.

İkincisi isə İranda müalicə olunmaq Azərbaycanda müalicə olunmaqdan daha əlverişli və əlçatan şərtlərlə baş gəlir, yəni xərci bizimkilərə baxanda az çıxır.

Azərbaycanda həm adamı soyurlar həm də elə səhv müalicə edirlər ki, normalda xəstəni sağaltmaq mümkünsə bu kurs müalicədən sonra bu xəstə ancaq tabutda özünə yer tapa bilir.

Bakıda Horev adlı İsrailin də klinikasının nümayəndəliyi var, ancaq onlar burda yox Hayfada müalicə edirlər, burda sadəcə sənədlərlə məşğul olurlar və yəhudi həkimlərin müalicəsi o qədər bahadır ki, onlardan əsasən deputatlar, dövlət məmurları və varlı insanlar istifadə edə bilir.

Astara keçid məntəqəsində baş verən insident bilərəkdən şişirdilib, jurnalistlər başqa vaxt polisin sözünə etibar etməkdikləri halda indi polisin də azərbaycanlıları İran tərəfinin ölkələrinə buraxmamasını təsdiqlədiyini bir istinad mənbəyi kimi göstərirlər.

Bu olayı şişirdən mətbuat orqanları başqa zaman xalqın haqq səsini, etirazını, döyülməsini, həbsini, zülmə məruz qalmasını işıqlandırmır ancaq indi onlara qapılarını tay batay açıb ki, gəlin İran əleyhinə nə qədər bilirsiniz ucadan qışqırın.

Əlbəttə, vətəndaşlarımızı İran tərəfi ölkəsinə buraxacaq, burda sadəcə olaraq iki ölkə arasında əldə edilmiş razılaşmaya əsasən saat 18:00 –dək azədbaycanlıların İrana buraxılmasından gedir, bu saata qədər isə heç kimi geri qaytarmayıblar.

Biz yaxşı görürük ki, İranın Azərnaycana qarşı siyasəti şairin şerindəki “məni səni sevirəm, sən məni sevməsən də” prinsipinə söykənib, ancaq dərd bundadır ki, bu prinsipi cəmi iki adam görür, biri mən o biri də hacı Nəcəf.


İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment