QR CodeQR Code

ABŞ-dan Ermənistana növbəti dəstək

19 Oct 2012 16:53

IslamTimes - Ermənistan və ABŞ arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.


“Novosti Armeniya”nın xəbərinə görə, saziş iqtisadi əməkdaşlıq üzər ABŞ-Ermənistan Hökumətlərarası Komissiyasının iclasının yekunlarına əsasən bağlanıb. İclasda tərəflər arasında Ermənistan AES-in istismar müddətinin uzadılması və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əməkdaşlıq, yeni reaktorun tətbiqi təklifi, hidroenergetika və alternativ enerji mənbələri, regional enerji layihələrinə cəlb olunma və s. məsələlər müzakirə olunub.

Qeyd edək ki, ABŞ-Ermənistan Hökumətlərarası Komissiyasının iclasına Ermənistanın maliyyə naziri Vaqe Qabrielyan, ABŞ dövlət katibinin müavininin köməkçisi Erik Rubin və ABŞ hökumətinin proqram koordinatoru Daniel Rozemblyum sədrlik edib.


Story Code: 204786

News Link :
https://www.islamtimes.org/az/news/204786/abş-dan-ermənistana-növbəti-dəstək

Islam Times
  https://www.islamtimes.org