QR CodeQR Code

Rusiya Türkiyəni geri oturtdu

19 Oct 2012 16:40

IslamTimes - Türkiyə Moskvaya qarşı olan ittihamlardan geri çəkildi


Türkiyənin artıq Moskvadan Suriyaya göndərilən təyyarədə olan yüklə bağlı Rusiya tərəfinə heç bir iradı yoxdur. Türkiyə Xarici işlər nazirliyinin adı açıqlanmayan rəsmisi belə deyib, - “Lenta” xəbər verir.

“Biz hələ əvvəldən deyirdik ki, bu məsələdə Rusiyaya etirazımız yoxdur. Bizim etirazlarımız Dəməşqə yönəlmişdi”, - deyə mənbə bildirib. O eyni zamanda əlavə edib ki, Türkiyə tərəfi ilk öncə hələ bu ölkə ərazisinə daxil olmamışdan qabaq təyyarə ekipajını xəbərdar edib, artıq onlar ölkə ərazisinə daxil olduqdan sonra isə onu enməyə məcbur edib.

Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlu isə öz növbəsində bildirib ki, Ankaranın qanunsuz hesab etdiyi yükün saxlanmasının səbəbi bu olub ki, Suriya guya nəqliyyat qaydalarını pozub və sərnişin təyyarəsi ilə hərbi yük daşıyıb.

Qeyd edək ki, Türkiyə tərəfi öz şərhlərini Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviçin bəyanatından sonra şərhləndirib. Belə ki, Rusiya XİN rəsmisi bildirib ki, Ankara artıq Moskvaya qarşı olan iradlarını geri götürüb. /Deyerler/


Story Code: 204802

News Link :
https://www.islamtimes.org/az/news/204802/rusiya-türkiyəni-geri-oturtdu

Islam Times
  https://www.islamtimes.org