QR CodeQR Code

İsrail daha 100 belə pilotsuz təyyarənin uçuşunu gözləsin

İslamtimes , 19 Oct 2012 23:58

İslamtimes - Hizbullahın İranda istehsal edilən pilotsuz təyyarəni İsrail üzərində uğurlu uçurtmasından sonra İranlı komandir deyib ki, Tel Əviv işləmə mexanizmini aşkar edə bilmədiyi daha 100 belə təyyarənin İsrail səmasında uçuşunu gözləsin.


islamtimes.org/az/ - Bəsic qüvvələrinin komandiri Briqada Generalı Muhəmməd Rza Naqdi deyib: “Sionistlər yeni uçuş sisteminə malik olan və onun qarşısını necə alacaqlarını bilmədikləri 25 müxtəlif modelli yüzlərlə piotsuz təyyarənin öz səmalarında uçuşlarını gözləsinlər.”

O əlavə edərək deyib: “Pilotsuz təyyarənin işğal edilmiş ərazilərin hava məkanına daxil olması Hizbullahın və müqavimət hərəkatının gücünün yalnız kiçik bir göstəricisidir və bu İsrail rejiminə böyük bir zərbə idi.”

Hizbullah bu yaxınlarda İsrail hava məkanına radara düşməyən pilotsuz təyyarə göndərmişdir.

Kod adı Hüseyn Ayyub adlanan bu əməliyyat nəticəsində Hizbullahın pilotsuz təyyarəsi İsrail və ABŞ-ın texnoloji cəhətdən yüksək səviyyədə olan qurğuları tərəfindən aşkar edilmədən 100 km ərazidə İsrail ərazisinə daxil olmuş və Dimona nüvə sahəsinə xeyli yaxınlaşmışdır.

Bazar günü İran Müdafiə Naziri Briqada Generalı Əhməd Vahidi təsdiq edərək bildirmişdir ki, bu radara düşməyən pilotsuz təyyarə İran tərəfindən istehsal edilmişdir.

Nazir əlavə edərək demişdir: “Sionist rejiminin tez-tez Livanın hava məkanını pozması qarşısında Hizbullahın işğal edilmiş ərazilərə təyyarə göndərməsi çox təbii bir haldır.”


Story Code: 204916

News Link :
https://www.islamtimes.org/az/news/204916/israil-daha-100-belə-pilotsuz-təyyarənin-uçuşunu-gözləsin

Islam Times
  https://www.islamtimes.org