QR CodeQR Code

İsrail lobbisi İran kanallarının yayımına qadağa qoymaq üçün təchizatçılara təziq göstərir

İslamtimes , 20 Oct 2012 00:13

İslamtimes - İsrail lobbisi iki peyk kanalı xidməti təchizatçıları ilə əlaqə quraraq onlara İran radio və televiziyalarını öz peyk kanallarından çıxartmaları üçün təziqlər ediblər.


islamtimes.org/az/ - Lobbi bu yaxınlarda Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatı (İntelsat) və İspaniya kommunikasiya peyklər qrupuna (Hispast) gedərək İran kanallarının yayımını dayandırmaq üçün təşkilatlara təziq göstəriblər.

Avropa peyk kanalları təchizatçısı olan Eutelsat mediya xidmət kompaniyası olan Arqivaya əmr verərək İranın Press TV, əl Aləm, Jam-e-jam 1 və 2, Səhər 1 və 2, İran İslam Respublikasının Xəbərlər şəbəkəsi, Quran TV və ərəb dilli əl Kövsər kanalı da daxil olmaqla bir neçə kanalın yayımını dayandırılmasını tələb edib və bu da söz azadlığının açıq-aşkar pozulmasının sübutudur.

Bu qərar İran kanallarının Avropa peyk kompaniyalarına keçməsindən bir neçə ay sonra baş verdi.

Avropa Birliyi Avropa peyk şirkətlərinin iddia edərək İran kanallarına qadağanı birliyin əmri ilə qoyduqları fikrini təkzib edib və bu qadağalara onların özlərinin qərar verdiklərini bildirib.


Story Code: 204917

News Link :
https://www.islamtimes.org/az/news/204917/israil-lobbisi-iran-kanallarının-yayımına-qadağa-qoymaq-üçün-təchizatçılara-təziq-göstərir

Islam Times
  https://www.islamtimes.org