0
Saturday 20 October 2012 - 08:51

Türkiyədə atışma səsləri kəsilmir

Story Code : 204948
Türkiyədə atışma səsləri kəsilmir
Hakkaridə polislə PKK üzvləri arasında Kırıkdağ Köyü yaxınlığında baş verən qarşıdurmada 3 polis qətlə yetirilib. Uyğun hücumdan sonra əməliyyatlara start verən ordu 3 PKK üzvünü ölü olaraq ələ keçirdiyini bildirib.

Bitlisdə hərbi konvoyun atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb. Onlardan biri əsgər Ali Güleşçi, 4-ü isə qoruyucu Ücret Kırmızı Zambak, Vahdet Kırmızı Zambak, Hilmi Özgen, Aziz Aktaşdır.

Xatırladaq ki, illərdir Türkiyədə atışma səsləri kəsilmir. Hakimiyyət ölüm xəbərlərindən cana doymuş xalqı Suriya ilə müharibə alovuna atmaq istəyir. Elə bu üzdən də qəzəbli xalq Türkiyənin müxtəlif şəhərlərində dəfələrlə Suriyaya hərbi müdaxilə qərarına qarşı irihəcmli aksiyalar keçirib.
Comment