Azərbaycanlı həkim qadın Həcc ziyarətində dünyasını dəyişib
Story Code : 205070
Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, xanım zəvvarın səhhəti sübh namazından sonra pisləşib. Ona ilkin tibbi yardım göstərilib, lakin həkimlərin davamlı səylərinə baxmayaraq, zəvvar xanım bir qədər sonra ürək çatışmazlığından keçinib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq.
Qeyd edək ki, Raziyə Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkiminin müavini vəzifəsində çalışıb. Allah rəhmət eləsin!