QR CodeQR Code

Azərbaycanlı həkim qadın Həcc ziyarətində dünyasını dəyişib

20 Oct 2012 13:51

IslamTimes - Müqəddəs Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri, 1947-ci il təvəllüdlü Bakı sakini Hidayətova Raziyə ziyarət zamanı dünyasını dəyişib.


Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, xanım zəvvarın səhhəti sübh namazından sonra pisləşib. Ona ilkin tibbi yardım göstərilib, lakin həkimlərin davamlı səylərinə baxmayaraq, zəvvar xanım bir qədər sonra ürək çatışmazlığından keçinib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq.

Qeyd edək ki, Raziyə Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkiminin müavini vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!


Story Code: 205070

News Link :
https://www.islamtimes.org/az/news/205070/azərbaycanlı-həkim-qadın-həcc-ziyarətində-dünyasını-dəyişib

Islam Times
  https://www.islamtimes.org