0
Saturday 20 October 2012 - 21:42

Livandakı partlayışın arxasında İsrail durur

Story Code : 205145
Livandakı partlayışın arxasında İsrail durur
Livandakı partlayışın arxasında İsrail durur
Islam times.org/az/ - Amerikanın Berkley ştatından olan siyasi şərhçi Ralf Skoenman deyib: “1992-ci ildən indiyə qədər baş verən bütün partlayışlardan məqsəd Livanı parçalamaq və xaos yaratmaq, Dəməşq hökumətinə olan dəstəyi qırmaq və Livanda vətəndaş müharibəsi yaratmaqdır və bunu da təbii ki, Sionist rejim olan İsrail, Mossad həyata keçirir. Bu Mossadın klassik əməliyyatlarındandır.”

Beyrutun xristianlar yaşayan ərazisində baş verən partlayışdan hədəf Livanın Daxili Təhlükəsizlik Qüvvələrinin rəisi Briqada Generalı Vissam əl Həsənin olduğu bildirilir.

Vissam əl Həsən bu yaxınlarda Livanda fəaliyyət göstərən İsrail kəşfiyyat qruplarını aşkar edərək zərərsizləşdirmişdir.

Livan siyasi partiyaları bu hücumu ölkəni qarışdırmaq üçün edildiyini bildiriblər.

Bu arada Suriya əleyhinə olan 14 Mart aliyansı deyib ki, Livan Baş Naziri bu partlayışa görə məsuliyyət daşıyır və tezliklə vəzifəsindən istefa verməlidir.

Baş Nazir Miqati deyib ki, hökumət terror aktının təşkilatçılarının müəyyənləşməsi istiqamətində ciddi işlər görməkdədir.
Source : İslamtimes
Comment