QR CodeQR Code

İşğalçı İsrailin növbəti amansızlığı

21 Oct 2012 09:31

IslamTimes - İsrail hərbiçiləri saxladığı Fələstin tərəfdarlarının “Estalle” gəmisini Aşdod limanına yola salıb.


APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, gövdəsində 20 nəfər Fələstinin tərəfdaşları olan bu gəmi Qəzza bölgəsi yaxınlığında hücuma məruz qalıb. Əməliyyatı zamanı işğalçı İsrail hərbiçilərinə müqavimət göstərən olmayıb. Gəminin sərnişinləri Avropa ölkələri, Kanada və İsrail vətəndaşlarıdır. Onlar bildiriblər ki, fələstinlilərə humanitar yardım: sement, dərman, uşaqlar üçün kitablar çatdırmağı niyyətində olublar. Sionist rejimin bu sayaq vəhşi rəftarları ilk deyil. Onlar dəfələrlə Fələstin xalqına yardım çatdırmaq niyyətində olanlara qarşı zor tətbiq ediblər.


Story Code: 205260

News Link :
https://www.islamtimes.org/az/news/205260/işğalçı-israilin-növbəti-amansızlığı

Islam Times
  https://www.islamtimes.org