QR CodeQR Code

Hacı Mövsüm Səmədov gələn il azadlığa buraxıla bilər

21 Oct 2012 13:40

IslamTimes - Bu barədə İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimli məlumat verib


Komitə sədri bildirdi ki, Avropa Şurası Parlament Assambleyasında qurumun siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser tərəfindən hazırlanan siyahı yanvar ayında təsdiqlənərsə, bundan sonra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan hökumətinə qarşı siyasi məhbuslarla bağlı təzyiqlər ediləcək: “Təbii ki, bu təzyiqlər müqabilində Azərbaycan hökuməti siyasi məhbusları buraxmaq məcburiyyətində qalacaq. Mövsüm Səmədovun işi ilə bağlı lazım olan bütün sənədlər tərcümə edilərək aidiyyəti təşkilatların hamısına göndərilib. Mövsüm Səmədovun Avropa Məhkəməsində hüquqlarını müdafiə edəcək fransalı vəkil Andre Çami də hazırda gözləmə mövqeyindədir. O, işlə bağlı lazım olan bütün sənədləri əldə edib. Digər tərəfdən işlə bağlı onu maraqlandıran 31 suala vəkil Anar Qasımlı tərəfindən lazım olan bütün cavablar verilib“.

Qeyd edək ki, əsassız ittihamlarla həbs olunan İslam Partiyasının sədri Mövsüm Səmədov 12 il, müavini Vaqif Abdullayev 11 il, Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə, 11 illik şərti cəzaya məhkum olunub.

Məhbuslardan Vaqif Abdullayev artıq dünyasını dəyişib. /Faktxeber/


Story Code: 205338

News Link :
https://www.islamtimes.org/az/news/205338/hacı-mövsüm-səmədov-gələn-il-azadlığa-buraxıla-bilər

Islam Times
  https://www.islamtimes.org