QR CodeQR Code

Hatayda Əsədə dəstək nümayişi

22 Oct 2012 09:19

IslamTimes - Hatayda yüzlərlə gənc küçələrə axışaraq Türkiyənin Suriyaya hərbi müdaxiləsinə qarşı çıxıb. Onlar Əsəd dövlətinə dəstək nümayiş etdiriblər.


"IslamTimes" "TimeTürk"-ə istinadən xəbər verir ki, Uğur Mumcu məntəqəsində yüzlərlə gənc küçələrə axışaraq Suriya dövlətinə dəstək nümayişi keçirib.

Polis yürüşün qanuni olmadığını bildirərək etirazçıları bibər qazı ilə susdurmağa çalışıb. Elə bundan sonra da nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Qısa bir müddət geri çəkilən etirazçıların yenidən meydana dönməsi təhlükəsizlik qüvvələri üçün sürpriz olub.

Bəzi etirazçıların polis tərəfindən saxlanıldığı xəbər verilir.

Nəzərinizə çatdıraq ki, bir neçə həftədir Türkiyə xalqı Suriya ilə müharibəyə qarşı çıxaraq irihəcmli nümayişlər keçirir. Onlar ABŞ-ın Türkiyəni müharibəyə sürükləyərək özünün kənardan tamaşa etmək niyyətində olduğunu bildirir.


Story Code: 205553

News Link :
https://www.islamtimes.org/az/news/205553/hatayda-əsədə-dəstək-nümayişi

Islam Times
  https://www.islamtimes.org