QR CodeQR Code

Düşmənlər heç bir halda İrana hücum edə bilməzlər

İslamtimes , 22 Oct 2012 12:01

İslamtimes - General Mayor Muhəmməd Əli Cəfəri : Düşmənin hərbi və təhlükəsizlik vəziyyətini nəzərə alaraq İrana qarşı hər hansısa bir hücum etmək qabiliyyətində deyillər.


islamtimes.org/az/ - İranlı komandir bir daha İslam İnqilabının Keşikçi Korpusunun ölkəni hər bir təhlükə qarşısında müdafiə etməyə tam hazır olduğunu bildirmiş və demişdir ki, düşmənin hərbi və təhlükəsizlik vəziyyətini nəzərə alaraq İrana qarşı hər hansısa bir hücum etmək qabiliyyətində deyillər.

İslam İnqilabının Keşikçi Korpusunun komandiri General Mayor Muhəmməd Əli Cəfəri deyib: “İslam İnqilabının Keşikçi Korpusu İslam İnqilabını müdafiə etməyə həmişə hazırdır və bu müdafiədə heç zaman öz dəyərlərindən geri dönməyəcək.”

Komandir həmçinin düşmənə qarşı hər bir sahədə müqavimətin vacibliyini vurğulamışıdır.

O demişdir: “İran xalqı təziqlərə qarşı müqavimət göstərmək ilə mütləq düşmənə qarşısında qələbə qazanacaq.”

İsrail dəfələrlə İranın nüvə enerjisi proqramından nüvə silahı istehsal etmək üçün istifadə etməsi haqqında əssasız iddialar irəli sürərək İrana qarşı hərbi hücum edəcəyi ilə xəbərdarlıq edib.

İran isə bu iddiaları rədd edərək Nüvə Silahı Yayılmama Razılığını imzlayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqının olduğunu bildirib.

İran rəsmiləri həmçinin ölkəyə qarşı ola biləcək hər hası bir hücuma ölümcül cavab verəcəklərini vəd ediblər.


Story Code: 205615

News Link :
https://www.islamtimes.org/az/news/205615/düşmənlər-heç-bir-halda-irana-hücum-edə-bilməzlər

Islam Times
  https://www.islamtimes.org