QR CodeQR Code

Səadət partiyası Azərbaycandakı hicab qadağasını qinadı

xebername , 22 Oct 2012 16:18

İslamtimes - Səadət Partiyası sədr muavini İlyas Tonguç, Azərbaycanda inanclılara istiqamətli təyziqlərlə bağlı Xebername.az İnternet qəzetinə münasibət bildirib .


O bildirib ki, insanların doğuşdan qazandığı hüquqların ən əhəmiyyətlilərindən biri də vicdan azadlığıdır. Hicab, inancımızda aşkar ayələrlə vacib olunmuş bir ibadətdir. Buna insanlar tərəfindən maneə törədilməsi, bir sıra qanuni yollarla qadağan edilməyə çalışılması zülmdən başqa bir şeyə səbəb olmaz.

Azərbaycanda 2009-ci ildən başlayaraq bu günə qədərki müddətdə yaşanan hadisələr çox acınacaqlıdır. Hicab qadağasına etirazlarını qanuni yollarla rəsmilərə çatdırmaq məqsədindən başqa bir şey düşünməyən insanlara qarşı tətbiq olunan təzyiq və sərt müdaxilə qəbul edilməzdir. Aldığımız məlumatlara görə qadağaya etiraz edən insanlar uzun müddətli həbslərə və təzyiqlərə məruz qalırlar.

Bu bizlərə Türkiyəmizdə heç bir zaman qəbul etmədiyimiz 28 Fevral hadisələrində yaşananları xatırladır. Bu hadisələr Türkiyəyə heç bir şey qazandırmadığı kimi Azərbaycanda da boş yerə əmək, zaman və insan itkisinə səbəb olacaq.

Azərbaycan hökumətinin, xüsusilə inancın bir zərurəti olan hicab barəsində xalqıyla üz-üzə gəlməməsini və bu mövzuda ortaya çıxan problemləri tez bir zamanda həll etməsinin lazım olduğunu düşünürük.


Story Code: 205705

News Link :
https://www.islamtimes.org/az/news/205705/səadət-partiyası-azərbaycandakı-hicab-qadağasını-qinadı

Islam Times
  https://www.islamtimes.org