QR CodeQR Code

Keçmiş Mossad rəhbərindən şok açıqlamalar

23 Oct 2012 14:11

IslamTimes - "İranla dialoqun alınmamasında Qərb günahkardır."


İsrailin kəşfiyyat xidməti olan “Mossad”ın keçmiş rəhbəri Efrem Qalevi (Efraim Halevy) İranla bağlı açıqlama verib. AzNews.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Qalevi İran probleminin həlli üçün Tehranla dialoqun vacib olduğunu deyib. “İran düşmən də olsa, onunla dialoq yaratmaq lazımdır. Bunda itiriləcək bir şey yoxdur”. O, İranla dialoqun alınmamasında Qərbi günahlandırmaqdan da çəkinməyib və bildirib ki, Qərb Tehranla danışıqlara mane olur. “Qərb dövlətləri bizə başa salmağa çalışırlar ki, İranla danışığa getsək münasibətləri legitimləşdirmiş olacağıq. Ancaq bu belə deyil”.


Story Code: 205956

News Link :
https://www.islamtimes.org/az/news/205956/keçmiş-mossad-rəhbərindən-şok-açıqlamalar

Islam Times
  https://www.islamtimes.org