QR CodeQR Code

İran xəbərdarlıq etdi

24 Oct 2012 06:41

IslamTimes - İranın neft naziri: “Sanksiyalar sərtləşdirilsə, neft ixracını dayandıracağıq”


“Biz neft gəliri olmadan da ölkəni idarə edə biləcəyimiz plan hazırlamışıq”. APA-nın məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasimi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İranın neft gəliri olmadan da keçinə biləcəyi ikinci planı var: “Tehrana qarşı bir çox sanksiyalar qəbul edilsə də, indiyədək ciddi problemlərimiz olmayıb. Lakin əgər sanksiyalar sərtləşdirilsə, biz həmin plandan istifadə edəcək və neft ixracını dayandıracağıq”.


Story Code: 206151

News Link :
https://www.islamtimes.org/az/news/206151/iran-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org