0
Wednesday 24 October 2012 - 09:50

Fövqəlnazirə terror hazırlanır?

Story Code : 206172
Fövqəlnazirə terror hazırlanır?
Bu gün əksər dövlət məmuru anlaşılmaz durumdadır və aparılan siyasət təsdiqləyir ki, hazırda məmurların birinciyə inamı ciddi şəkildə zədələnir. Və bunu düşünülmüş şəkildə hər gün inkişaf etdirməklə pik həddinə çatdırmaqdadırlar. Təxmini təhlillər sübut edir ki, hadisələrin bu şəkildə inkişafı 6 ay davam edərsə hakimiyyət daxilində görünməmiş parçalanmalar olacaq və bu qarşısıalınmaz hadisəyə çevriləcək.
Konfliktoloqlarda hesab edir ki, belə məqamlarda rəqiblər adətən terror variantına əl atmaqla qorxu ünvanını dəyişə bilir və həm də hədəflədikləri gücün artıq gücsüzlüyünü ortaya çıxarırlar. Buna görə hesab etmək olar ki, bu gün hakimiyyətə son zərbəni vurmaq üçün dövlət məmurlarından birinə, daha çox prezidentə yaxınlığı ilə seçilən dövlət adamına terrorun təşkil edilməsi qaçılmaz ola bilər. Pat.az-in apardığı araşdırmalar sübut edir ki, bu gün belə bir təhlükə məhz Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova qarşı yönələcək. Nəyə görə Kəmaləddin Heydərov?
1. Kəmaləddin Heydərov prezidentə ən sədaqətli şəxs hesab edilir
2. Kəmaləddin Heydərov hakimiyyətdaxili qruplaşmalarda təmsil olunmur
3. Kəmaləddin Heydərov ciddi kapital sahibidir və onun yoxluğu bu kapitalın nəzarətsiz qalması ilə nəticələnəcək
4. Kəmaləddin Heydərovun yoxluğu həm də onun nəzarətində olan sahələrin yenidən bölünməsi imkanlarını yaradacaq ki, buda yenidən qruplararası savaşın nəzarətdən çıxmıış şəkildə inkişafı ilə sona çatacaq. /HaqqYolu/
Comment