QR CodeQR Code

Rusiyadan ABŞ-a növbəti zərbə

24 Oct 2012 15:08

IslamTimes - “Rusiya İrana qarşı hərbi məzmunlu qətnamənin qəbuluna imkan verməyəcək”


“Rusiya BMT Təhlükəsizlik Şurasına İrana qarşı hərbi müdaxiləyə icazə verəcək qətnamənin qəbuluna imkan verməyəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Liviyada olduğu kimi İrana qarşı da hərbi addım atıla bilər. “Bu baxımdan biz BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək bütün qətnamələrə qarşı son dərəcə diqqətli olacağıq” - deyə Lavrov bildirib.

S. Lavrov əlavə edib ki, İranın nüvə fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında həyata keçirilir: “ Tehranın nüvə proqramından hərbi məqsədlər üçün istifadəsinə dair heç bir informasiya yoxdur. İran nüvə yanacağı əldə etmək üçün uranı 4.5 % zənginləşdirməklə məşğuldur”.


Story Code: 206292

News Link :
https://www.islamtimes.org/az/news/206292/rusiyadan-abş-a-növbəti-zərbə

Islam Times
  https://www.islamtimes.org