0
Thursday 25 October 2012 - 09:35

(Kişilər cəhənnəm) Xanımlarla kobudluq yolverilməzdir!

Story Code : 206491
(Kişilər cəhənnəm) Xanımlarla kobudluq yolverilməzdir!
Qurumun yaydığı bəyanatda deyilir: “Aksiyanın dağıdılması zamanı xanımlara qarşı yol verilən kobudluqlar isə xüsusən yolverilməzdir. Parlamentin saxtalaşdırılmasında və mandat bazarlaşmasında iştirak edən şəxslərin azadlıqda qalması, millətin gələcəyi olan gənclərə ali təhsil ocaqlarında ”dərs keçdiyi" bir ərəfədə bu saxtakarlığa etiraz edənlərin həbsxanalara atılması məntiqsizlik olmaqla yanaşı, acı təəssüf doğurur. Xüsusən qeyd etmək lazımdır ki, həbs olunan gənclər arasında az öncə azadlığa çıxmış keçmiş vicdan məhbusları, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının təsisçiləri Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, onun müavinləri Əhəd Məmmədli və Rüfət Hacıbəyli, eyni zamanda digər gənc fəal AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və sairləri var".

Bəyanatda qeyd olunub ki, məlum rüşvət videosu ilə bağlı müvafiq ölçü götürülsün, vətəndaşların etiraz aksiyası keçirmək kimi fundamental insan hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradılsın, 20 oktyabrda qanunsuz həbs olunan ictimai fəallar dərhal azadlığa buraxılsın.

E.SALAMOĞLU
Musavat
Comment