0
Thursday 25 October 2012 - 10:27

Mossad agenti Livan müxalifətinin aksiyasında

Story Code : 206514
Mossad agenti Livan müxalifətinin aksiyasında
FaktXeber-in Livanın “əl-Mənar” teleknalına istinadən verdiyi məlumata görə, bir neçə gün bundan öncə Livanda bu ölkənin Kəşfiyyat rəhbəri Visam Həsən terror edilərək öldürüldü. 25 Mossad agentinin Livanda aşkarlayaraq, ələ keçirilməsində əli olan bu şəxsin məhz İsrail Kəşfiyyatı tərəfindən öldürülməsi heç kəsdə şübhə doğurmur. Qərbin himayə etdiyi “14 mart koalisiyası” sözügedən terrordan sonra dərhal silahlanaraq küçələrərə çıxması və baş nazirin iqamətgahını ələ keçirmələri cəhdi baş verənlərin qabaqcadan hazırlanmış plan olmasını bir daha sübut edir. Ancaq bu gün Livanın “əl-Mənar” telekanalı daha bir ifşaedici faktı ortaya qoyub. Aksiyada iştirak edənlərdən biri “əl-Cədid” telekanalına müsahibə verərkən müxalifətin məramları haqda açıqlama verib. Amma sonradan “əl-Mənar”-ın apardığı araşdırmalarda bəlli olub ki, aksiyaçılarda Livan müxalifəti kimi iştirak edən şəxs, İsrailin tanınmış xəfiyyələrindən biri Beyar Nemur olub. O, “əl-Cədid” telekanalına müsahibəsində: “Visam Həsənin intiqamını alacağıq, onun qatillərini öldürəcəyik. Hökumət istefaya getməlidir” kimi ifadələr işlətmişdi.
Comment