0
Friday 26 October 2012 - 10:16

İsrail rejiminin Sudanı bombardman etməsinin arxasında nə dayanır?

Story Code : 206708
İsrail rejiminin Sudanı bombardman etməsinin arxasında nə dayanır?
Sudanın mədəniyyət və informasiya naziri Əhməd Bilal bildirib ki, İsrail rejiminə məxsus 4 təyyarə zavodun üzərindən uçub və zavoda ardıcıl bombalar yağdırıb. Elə buna görədir ki, zavodda ardıcıl bir neçə partlayış baş verib. Nəticədə zavodda çalışan iki nəfər həlak olub.

Bu arada qeyd etmək lazımdır ki, İsrail rejimi ilk dəfə deyil ki, Sudan ərazilərini bombalayır. Belə ki, artıq bir ildir ki, sionist İsrail rejimi Sudana qarşı hərbi və casus əməliyyatları həyata keçirir. 2011-ci ilin aprel ayında da İsrail rejiminin təyyarələri paytaxt Xartuma bombalar yağdırmış, nəticədə Port-Sudan şəhəri yaxınlığında avtomobillə hərəkət edən iki nəfər dünyasını dəyişmişdi. Hələ 2009-cu ildə də İsrail rejiminin təyyarələri bu ölkənin ərazilərinə soxulmuş və ölkənin şimal-şərq hissəsində hərəkət edən avtomobil karvanına bombalar endirmişdi. Həmin avtomobil karvanında yüksək rütbəli Sudan məmurları da olub.

Artıq Sudan hökumətinin İsrail rejiminin bu ölkəyə qarşı təxribatı ilə əlaqədar təcili toplandığı bildirilir. Toplantıda hökumətin İsrail rejiminin bu cinayətinə qarşı cavab addımlarının atılması müzakirə edildiyi bildirilir. Xüsusilə Sudanın artıq İsrail rejiminin bu cinayəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına şikayət sənədi hazırladığı bildirilir. Bununla yanaşı Sudan naziri bildirib ki, onlar istənilən vaxt və istənilən zaman İsrail rejiminin bu cinayətinin cavabını verə bilərlər. Bundan başqa paytaxt Xartumda İsrail rejiminin hərbi zavoda etdiyi hücumla əlaqədar etiraz aksiyalarının başladığı bildirilir. Aksiya zamanı İsrail rejiminin qondarma bayrağı yandırılıb.

Qeyd edək ki, İsrail rejiminin Sudan ilə əsas problemi, bu ölkənin hökumətinin Fələstinin HƏMAS hakimiyyətinə verdiyi dəstək ilə əlaqədardır. Belə ki, Sudan hökuməti dəfələrlə müstəqil Fələstin dövlətinin yaradılmasını və HƏMAS hökumətinin İsrail rejiminə qarşı apardıqları müqavimət hərəkatını dəstəklədiklərini bəyan edib.
Comment