QR CodeQR Code

Fitnənin daha bir üzü - 2

İslamtimes , 26 Oct 2012 12:06

İslamtimes - Bir zamanlar həmin Azadlıq meydanı milyonlarla narazı insanların mitinqinə qucaq açıb, indi isə orda fitnə oyunları təşkil olunur .


islamtimes.org/az/ - Sizcə icazəsiz aksiyaların keçirilməməsi ilə bağlı əliyev rejiminin ən çox dilə gətirdiyi arqument nədir? Haqlısız, vətəndaşların istirahət hüququnun pozulması. Rejimin təsəvvürünə görə fəal vətəndaşlar insanların ən təbii haqlarını müdafiə etmək üçün şəhərin mərkəzində toplanırsa bu digərlərin istirahət hüququnun pozulaması deməkdir, çox absurd görünür deyilmi?

Kimsə rejimdən soruşurmu ki, itlərin sərgisi insanların istirahətini, mənəviyyatını, paklığını necə pozduğundan xəbəri var? Rejimin xəbəri yoxdur, çünki bunları ona deyə biləcək qüvvə də yoxdur.

Rejim növbəti fitnənin daha bir üzünə əl atıb. Azadlıq meydanında avtomobil yarışı keçirir və buna görə bütün şəhərin yolları iflic olub.

Bir zamanlar həmin Azadlıq meydanı milyonlarla narazı insanların mitinqinə qucaq açıb, indi isə orda fitnə oyunları təşkil olunur, etiraz etmək istəyən narazı vətəndaşlar isə mitinq keçirmək hüququndan məhrum olur.

Bütün cəmiyyət yaxşı bilir ki, bu avtomobil şousu həm avtoşlar qol qanad verəcək, həm də şəhər əhli bundan əziyyət çəkəcək, kimsə də etirazını bildirmir.

İSLAMTİMES - HACI NƏCƏF


Story Code: 206718

News Link :
https://www.islamtimes.org/az/news/206718/fitnənin-daha-bir-üzü-2

Islam Times
  https://www.islamtimes.org