QR CodeQR Code

10 mindən çox müsəlman Moskvanın ən böyük məscidində bayram namazı qıldı

26 Oct 2012 15:23

IslamTimes - Rusiya paytaxtında müsəlmanların müqəddəs Qurban bayramı qeyd edilib.


APA-nın verdiyi məlumata görə, Sülh Prospektində yerləşən paytaxtın ən böyük məscidində 10 mindən çox müsəlman Qurban bayramını qeyd edib.

Bundan başqa, paytaxt meriyası tərəfindən müsəlmanlar üçün namaz qılmaq, qurban kəsmək və dualar etmək üçün meydanlar ayrılıb.

Moskva polisi gücləndirilmiş iş rejimində işləyir. Əsasən, 10 mindən çox müsəlmanın bayram namazı qıldığı “Prospekt Mira”dakı məscid ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bayrama gələnlər metal axtaran cihazlarla yoxlanıldıqdan sonra məscidin həyətinə buraxılır.

Bayram tədbirləri ilə əlaqədar paytaxtın bir çox küçələri hərəkət üçün bağlanıb.

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik ediblər.

D. Medvedev Qurban bayramının İslam dininin yüksək mənəvi ideallarını, mərhəmətini və qarşılıqlı hörmətini təmsil etdiyini bildirib. Baş nazir bundan sonra da Rusiyadakı müsəlman dini idarələrinə, Həcc təşkilatına və Müsəlman cəmiyyətlərinə lazımı yardım edəcəklərini söyləyib.


Story Code: 206745

News Link :
https://www.islamtimes.org/az/news/206745/10-mindən-çox-müsəlman-moskvanın-ən-böyük-məscidində-bayram-namazı-qıldı

Islam Times
  https://www.islamtimes.org