QR CodeQR Code

Dünya İran nefti olmadan keçinə bilməz

İslamtimes , 26 Oct 2012 17:59

İslamtimes - İran Neft Nazirliyinin sözçüsü Əlirza Nikzad Rəhbər bundan sonra İranın Qərb sanksiyalarına qarşılıq olaraq tutarlı cavab verəcəyini deyib və bildirib ki, İran nefti dünya bazarında mühüm yerlərdən birini tutur.


islamtimes.org/az/ - Nikzad deyib: “Dünya İran nefti olmadan keçinə bilməz və bizim ölkə sanksiyaların öhdəsindən məharətlə gəlir və artıq İran neftinin dünyada öz alıcıları var.”

İranın günlük neft hasilatının 2.7 milyon barel olması haqqda yayılan məlumatları informasiya müharibəsi kimi dəyərləndirən Nikzad deyib ki, əslində bu rəqəm günə 4 milyon barel təşkil edir.

O qeyd edərək bidirib ki, İranın neft ixracatı öz təbii axarı ilə davam edir və İran tezliklə yeni bazarlarda da satış həyata keçirəcək.

OPEC-in açıqladığı rəsmi məlumata əsasən İranın avqust ayına olan neft hasilatı sutkada 3.75 milyon barel təşkil edir. Halbuki ikinci dərəcləi mənbə bunun sutkada 2.72 milyon barel olduğunu bildirib.

2012-ci ilin əvvəllərindən başlayaraq ABŞ və Avropa Birliyi İran neft və bank sektoruna qeyri qanuni sanksiyalar tətbiq etməyə başlayıb.

İran isə ona qarşı olan bütün ittihamları rədd edərək nüvə enerjisindən istifadə etməyə tam haqqı olduğunu bəyan edib.


Story Code: 206761

News Link :
https://www.islamtimes.org/az/news/206761/dünya-iran-nefti-olmadan-keçinə-bilməz

Islam Times
  https://www.islamtimes.org