QR CodeQR Code

İctimai Palata aksiya keçirəcək

27 Oct 2012 08:32

IslamTimes - Ötən gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbədənkənar iclası keçirilib.


İP KŞ-nın üzvü Ədalət Yusubovun Teleqarf-a verdiyi məlumata görə, iclasda Milli Məclisdə “Sərbəst toplaşma haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub və qurum bunu sərbəst toplaşma azadlığına qoyulan qadağa kimi dəyərləndirib. KŞ layihənin parlamentdə müzakirəyə çıxarılacağı gün - noyabrın 2-də Milli Məclisin qarşısında piket keçirilməsi barədə qərar qəbul edib.

İP KŞ piketlə bağlı bəyanat da qəbul edilib.

Ə. Yusubov onu da qeyd edib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə oktyabrın 29-da müraciət ediləcək: “Biz aksiyanın keçirilməsində israrlıyıq və icra hakimiyyətinin mövqeyindən asılı olmayaraq, piketi keçirəcəyik”.


Story Code: 206881

News Link :
https://www.islamtimes.org/az/news/206881/ictimai-palata-aksiya-keçirəcək

Islam Times
  https://www.islamtimes.org