0
Saturday 27 October 2012 - 14:02

Putindən Türkiyəyə yeni şərt

Story Code : 206987
Putindən Türkiyəyə yeni şərt
Rusiya dövlət başçısı Vladimir Putin Türkiyəyə səfər etmək üçün Ərdoğan hökumətinin qarşısına yeni şərt qoyub. Bu barədə Türkiyənin "Taraf" qəzeti məlumat yayıb. Qəzetin dərc etdiyi məlumatda bildirilir ki, Vladimir Putin rəsmi Ankara il əlaqələrin yaxşılaşdıırlması istiqamətində Suriyaya uçan təyyarədən müsadirə edilən hərbi cihazların geri qaytarılmasını istəyib.

Qeyd edək ki, Rusiya prezidentinin şərtini Türkiyə hökuməti yerinə yetirməzsə, Vladimir Putinin Ankaraya növbəti səfəri də təxirə salına bilər.


Məlumat üçün bildirək ki, bir müddət əvvəl Suriya məsələsi ilə bağlı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın telefon söhbətinin məğzi mətbuata ötürülmüşdü. Danışıqda bildirilir ki, Rusiya prezidenti Ərdoğandan bir türk əsgərinin belə Suriya sərhədinə girməməsini tələb edib. Əgər belə bir hal baş verərsə bu Moskvaya müdaxilə kimi dəyərləndiriləcək. Ərdoğanın "Biz bunu təhdid kimi qəbul edirik" sözünə isə Putin "Necə istəyirsiniz elə də başa düşün",-deyə cavabını verib. /Faktxeber/
Comment